10.04.2019

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir.

Balakən rayonun ümumtəhsil məktəblərin XI sinif şagirdlərinin Heydər Əliyev mərkəzində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri davam edir. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edir. Növbəti dərs 10.04.2019-cu il tarixdə Hənifə kənd tam orta məktəbin tarix müəllimi Cəmilət Məmmədova  tərəfindən keçirildi. Dərsdə S.Qurbanov adına Katex 1 saylı tam orta məktəbinin və E.Şirinov adına Qaravəlli kənd tam orta məktəbinin şagirdləri iştirak etdi.

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.


Açar sözlər: ,  ,  ,