03.04.2019

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslər davam edir.

Balakən rayonun ümumtəhsil məktəblərin XI sinif şagirdlərinin Heydər Əliyev mərkəzində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri davam edir. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər tədris edir. Növbəti dərs 03.04.2019-cu il tarixdə Tülü 1 saylı kənd tam orta məktəbin tarix müəllimi İlyas Zəkəriyev tərəfindən keçirildi. Dərsdə Tülü 1 saylı kənd tam orta məktəbindən 32 nəfər  və Qullar 1 saylı tam orta məktəbindən 17 nəfər iştirak etdi.

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin təbliği və tədqiqi, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

Dərs zamanı Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısı kimi dəyərləndirildi.


Açar sözlər: ,  ,  ,