18.03.2019

“Ölkəmizi tanıyaq”

      15.03.2019-18.03.2019-cu il tarixlərində “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərimiz Gəncə - Şəmkir -Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında olublar.
       Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə səfər edən məktəblilər bu bölgədə maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilətanış olublar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olması, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev tərəfindən həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalanması şagirdlərin diqqətinə çatdırılıb.
Məktəblilər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Nizami yurdunun yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə ətraflı tanış olacaqlar. Tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına – Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil edilib.

        Məktəblilər bu marşrut üzrə Tovuzda Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, “Dairəvi qala” və eramızdan əvvəl VI minilliyə aid Göytəpə abidəsi ilə tanış olacaqlar. Ağstafa rayonu ilə tanışlıq çərçivəsində Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Miniatür Azərbaycan Parkı, Musiqi Mərkəzi, xalça fabriki, peyntbol atıcılıq mərkəzi, “Saloğlu” mebel fabriki, Ağstafa Aqroparkı, Karvan-L EKO, Səməd Vurğun parkı şagirdlərdə böyük maraq oyadıb. Məktəblilər bu marşrut üzrə Qazax rayonuna da səfər ediblər. Onlar Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Ədəbiyyat Muzeyi, Mütəfəkkirlər parkı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası, Tarix Diyarşünaslıq Muzeyi, Dilboz at heykəli, Dədə Qorqud abidə kompleksində olacaq, Səməd Vurğun adına park, Göyəzən dağı, Damcılı mağarası, Qazax sement zavodu, Səməd Vurğun poeziya evi, ilk azərbaycanlı hərbi təyyarəçi, Birinci Dünya müharibəsi iştirakçısı Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış “Təyyarə” abidə kompleksinə baş çəkiblər.

 


Açar sözlər: ,  ,