11.03.2019

Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin  “ Bilik yarışı “ keçirilib. 

     09.03.2019-cu il tarixidə Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin Mahamalar kənd tam orta məktəbində şəhər və ətraf məktəblərin iştirakı ilə növbəti zona “ Bilik yarışı “ keçirilib.  RTŞ-nın məsləhətçisi ,təşkilat komitəsinin sədri Cavanşir Alqayev yarışın keçirilməsi qaydası və məqsədi barədə məlumat verib.

     Yarışda 6 məktəbin komandası iştirak edib .

     Gərgin keçən bu yarışda Nizami adına şəhər 1 saylı tam orta məktəbin komandası I yeri , Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin komandası  II yeri və Qullar 1 saylı kənd tam orta məktəbin komandası  isə III yeri  tutub.

     Zona turunun qalib komandaları  rayon yarımfinalına vəqisə qazanıblar.


Açar sözlər: ,  ,  ,  ,