27.02.2019

Hənifə kənd tam orta məktəbində tarix fənnindən açıq dərsi keçirilib.

28.02.2019-cu il tarixində Balakən rayonu Hənifə kənd tam orta məktəbində DQ-dən 60 bal toplayan müəllimə Cəmilət Məmmədovanın tarix fənnindən VI sinifdə “Qədim Çin “ mövzusunda açıq dərsi keçirilib.

Dərsdə tarix-coğrafiya fənni üzrə metodist Mahi Əliyeva , metodist Gülafət Əhmədova , “ İlin müəllimi “- Humanitar texniki təmayüllü liseyin tarix müəllimi Aygün Hacıyeva , məktəbin direktoru Əsiyyət Abdullayeva , dərs hissə müdiri Rüfət Hüseynov ,həmin məktəbin tarix müəllimi Xalidə İsmaylova , coğrafiya müəllimi Nərgiz Şabanova iştirak edib.

Yekunda açıq dərs müzakirə olunub , müəllimin dərsi yüksək qiymətləndirilib.