26.02.2019

Balakən rayon ümümtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər keçirilib.

                Təhsil Nazirliyinin “Xocalı soyqırımının 27-ci ildönümününün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən Balakən rayon ümümtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər keçirilib.

                 Vətənim Azərbaycan
              Kədərimiz şəhidlər
          Faciəmiz Xocali
             Şəhidlər ölməz , vətən bölnməz!!!

         Abbas Səhhət adına Hənifə kənd tam orta məktəbində 25.02.2019-cu il tarixdə “ Xocalı fəryadı ” adli tədbir keçirilib. 
        Tədbirdə Balakən Rayon təhsil Şöbəsinin metodisti Musayev Rəşid , Qarabağ döyüşləri iştirakçısı 2-ci qrup əlil Sarvan Şibliyev, Balakən qəzetinin baş redaktoru Zeynəddin Həsənli , Hənifə kənd tarix ve diyarşunaslıq evinin müdiri , valideyinlər, məktəbin şagird və müellim koollektivi iştirak etdib.
        Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə acılıb, bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib, Xocalı haqınnda məruzə oxunub ,şagirdler Xocalı fəryadı tamaşasından bir parçanı səhnələşdiriblər.     Xocalim ağlar şer kompzisiyası və mahnılar ı ifa etdiblər və Xocalı haqqında filmə tamaşa ediblər 

        Nizami adına şəhər 1 saylı tam orta məktəbdə  "Xocalı faciəsi" adli tədbir keçirilib. Tədbirdə şagirdlər Xocalı faciəsinə aid şerlər söyləyib və baş verən hadisələrə aid  səhnəciklər göstərib.

        Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində  “Xocalıya ədalət ” adlı sərgi keçirilib.

        Humanitar və texniki təmayüllü liseydə "Xocalı qan yaddaşımızdır " tədbiri keçirilib. 

        Poştbinə 1 saylı kənd tam orta məktəbdə tədbir keçirilib. Tədbiri məktəbin tarix müəllimi Könül Şindiyeva aparıb və şagirdlərə Xocalı faciəsi haqqında geniş məlumat verib. 
Məktəbdə təşkil edilmiş “Ən yaxşı rəsm “ və “Ən yaxşı inşa” müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıb. Bununla yanaşı məktəbin hərbi rəhbəri Ömərov Nadir , təşkilatçı müavin Novruzova Bikə və UBR-i Saxrayeva Aşabel və bir qrup şagird Şəhidlər xiyabanını ziyarət ediblər.

         Sarıbulaq kənd tam orta məktəbdə, Qazbinə kənd tam orta məktəbdə, Yeni Şərif kənd tam orta məktəbdə, Mazımçay kənd ümum orta məktəb, Katex zavod kənd tam orta məktəb,  də həmçinin "Xocalı faciəsi" aıd tədbir keçirilib.

 


Açar sözlər: ,  ,  ,