25.02.2019

Talalar kənd 1 saylı tam orta məktəbində  Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Talalar kənd 1 saylı tam orta məktəbində  Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalıb, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. 

Bununla əlaqədar Talalalar kənd 1 saylı tam orta məktəbin Tədbirlər planına uyğun olaraq Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Xocalısız 27 il" adlı tədbiri keçirilib. 

Tədbirdə məktəbin tarix müəllimi U. Kəmalə  Xocalı faciəsinə həsr olunmuş məruzə ilə çıxış edib , Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklərdə 25-26 fevral 1992-ci il tarixini əks etdirən hadisələr təqdim olundu. 

 

           


Açar sözlər: ,  ,