25.02.2019

 Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin  “ Bilik yarışı “ keçirilib. 

23.02.2019-cu il tarixidə Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin Qazma kənd 1 saylı tam orta məktəbində Qazma zonası üzrə “ Bilik yarışı “ keçirilib.  RTŞ-nın məsləhətçisi ,təşkilat komitəsinin sədri Cavanşir Alqayev yarışın keçirilməsi qaydası və məqsədi barədə məlumat verdi.

Yarışda zonanın 6 məktəbinin komandası iştirak etdi .

Gərgin keçən bu yarışda Qazma 2 saylı kənd tam orta məktəbin komandası I yeri , Qazma 1 saylı  kənd tam orta məktəbinin komandası II yeri , Sarıbulaq  kənd tam orta məktəbinin komandası III yeri tutub.

I və II yeri tutmuş komandalar  rayon yarımfinalına vəqisə qazanıblar.