25.02.2019

Balakən Rayon Təhsil Şöbəsində  “Sabahın alimləri “ VIII Respublika müsabiqəsi qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Balakən rayon ümumtəhsil məktəblərinin “Kiçik akademiya”  üzvləri  “Sabahın alimləri “ VIII Respublika müsabiqəsində böyük uğurlara imza atmışlar. Nizami adına şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Elmir Ustayev “ Fizika – astronomiya “ üzrə hazırladığı layihədə II yeri tutaraq gümüş medal , Humanitar və Texniki təmayüllü liseyin X sinif şagirdləri Leyla İsgəndərli və Zərifə Muradova “Tibbi sağlamlıq” üzrə layihədə III yeri tutaraq burunc medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

Balakən Rayon Təhsil Şöbəsində qaliblərin mükafatlandırma mərasimi keçirilib.