25.02.2019

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilən şahmat üzrə məktəblər arasında rayon birinciliyi keçirilib.

23.02.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil naziri cənab C.Bayramovun Əmri ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilən şahmat tədris olunan pilot məktəblər arasında rayon birinciliyi keçirilib. Yarışda rayonun 8 məktəbinin - Nizami adına şəhər 1 saylı tam orta  , Nəsimi adına şəhər 2 saylı tam orta , Z.Əliyeva adına şəhər 3 saylı tam orta , Mahamalar kənd tam orta , Qullar 1 saylı tam orta , Qaysa kənd tam orta , Yeni Şərif kənd tam orta , Sarıbulaq kənd tam orta məktəblərinin II, III və IV sinif şagirdləri mübarizə aparıblar.

Hər komandada 3 oğlan və 3 qız şahmatçı iştirak edib. Yarış həm şəxsi , həm də komanda xarakterli keçirilib.

Komanda hesabında I yeri Nizami adına şəhər 1 saylıtam orta   ,II yeri , Mahamalar kənd tam orta , III yeri isə Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin komandaları tutublar.

Şəxsi yarışlarda oğlanlardan Q. Mahamacanov , Ş. Muğumov , M.İbadov , qızlardan isə F.Abdullayeva ,S.Qallacova və A.Adnayeva öz taxtalarında I yeri tutublar.

Qalib komandalar və şahmatçılar TİAHİ –nin Balakən rayon komitəsi tərəfindən diplomlarla mükafatlandırılıb. Yarış Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən keçirilib.