18.02.2019

Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin  “ Bilik yarışı “ keçirilib. 

16.02.2019 – cu il tarixində Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin Qabaqçöl zonası üzrə “ Bilik yarışı “ keçirilib.  RTŞ-nın məsləhətçisi ,təşkilat komitəsinin sədri Cavanşir Alqayev yarışın keçirilməsi qaydası və məqsədi barədə məlumat verdi və qeyd etdi ki ,təbii sərvət tükənən dəyərlərdi , ancaq elm , bilik , təhsil hər bir ölkənin gücləndirilməsinə və inkişafına töhvə verən bir amildir.

Yarışda zonanın 8 məktəbinin komandası iştirak etdi .

Gərgin keçən bu yarışda Qabaqçöl qəsəbə tam orta məktəbinin komandası I yeri , Qaysa kənd tam orta məktəbinin komandası II yeri , Şərif 1 saylı kənd tam orta məktəbinin komandası III yeri tutub.

I və II yeri tutmuş komandalar  rayon yarımfinalına vəqisə qazanıblar.