08.02.2019

“Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

07.02.2019-cu il tarixində  Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə məlumat verilib ki, müxtəlif şəhər və rayonlardan 300-dək tələbə, şagird, müəllim və mütəxəssisin qatıldığı müsabiqənin nəticələrinə görə, 1 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 3 nəfər üçüncü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Balakən rayonu akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin V sinif şagirdi Jalə Yunus “ Mübariz İbrahimov – vətənpərvərlik nümünəsi “ yazı müsabbiqəsində şagirdlər arasında həvəsləndirici yerə layiq görülüb.


Açar sözlər: ,  ,  ,