07.02.2019

Mübariz İbrahimov gənclərimiz üçün vərtənpərvərlik nümunəsidir.

     Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində aparılan işlər çərçivəsində milli qəhrəmanlarımızın gənclər arasında təbliği, onların adlarının əbədiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

      07.02.2019-cu il tarixində Balakən rayonu Katex zavod kənd tam orta məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq onun xatirəsinə həsr edilmiş " Mübariz İbrahimov gənclərimiz üçün vərtənpərvərlik nümunəsidir "tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi iştirak edib .

    Tədbirdə çıxış edənlər Mübariz İbrahimovun həyat yoluna nəzər salıb, onun qəhramanlığından, düşmənlə döyüşdə göstərdiyi şücaətindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu qeyd ediblər.

    Tədbirlərdə həmçinin şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar nümayiş olunub, qəhrəmana həsr olunmuş şerlər səsləndirilib.


Açar sözlər: ,  ,