04.02.2019

Balakən rayonunda da Respublika fənn olimpiadalarının  rayon mərhələsi keçirilib.

03.02.2019-cu il tarixində 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçirilib.

Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər

Balakən rayonunda da Respublika fənn olimpiadalarının  rayon mərhələsi keçirilib. Olimpiada Balakən rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində keçirilib. Olimpiadada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə 35 tam orta və 3 ümüm orta məktəbindən  421 şagird iştirak edib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,  ,