30.01.2019

“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda “Dəyirmi masa” keçirilib.

30.01.2019-cu il tarixində Narkotik vasitələrin və narkomanlığın qarşısının alınması istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmək məqsədi ilə Balakən Rayon Təhsil Şöbəsində “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda “Dəyirmi masa” keçirilib.

Tədbirdə RTŞ-nin aparıcı məsləhətçiləri, metodistləri , məktəblərin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavinləri , psixoloqlar və uşaq birliklərinin rəhbərləri və Balakən Rayon YAP Mərkəzi aparatının rəhbəri O.Osmanov iştirak edib.

RTŞ-nin aparıcı məsləhətçisi C.Alqayev , metodistilər  R.Musayev ,M.Əliyeva və Q.Daanova  ,  Sarıbulaq kənd tam orta məktəbinin təşkilatçı müavini M.Motuxova , Şərif kənd 1 saylı tam orta məktəbinin təşkilatçı müavini A.Hacıyeva , Balakən Rayon YAP Mərkəzi aparatının rəhbəri O.Osmanov çıxış ediblər.

Şagirdlər arasında narkomanlıqla bağlı hüquqa zidd hərəkətlərin qarşısının alınması , onların zərərli vərdişlərdən  çəkindirilməsi üzrə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinə tapşırıq verilib.


Açar sözlər: ,  ,  ,  ,  ,