24.01.2019

Şəhid Fərhad Yusubovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

23.01.2019-cu il tarixində Poştbinə kənd 2 saylı  tam orta məktəbində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş , “Azərbaycan bayrağı” ordenli şəhid Fərhad Yusubovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin  Balakən rayon şöbəsinin rəisi  Polkovnik Leytenant Sadıq İsmayılov ,   Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinın Balakən rayon filialının sədri ehtiyatda olan Polkovnik Leytenant Cavanşir İsmayılov , Qarabağ müharibəsi əlili Sarvan Şibliyev , Şəhidin anası Nigar xanım Yusubova , şəhidin qardaşı  Rəfael Yusubov iştirak edib.

Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar.

Fərhad Yusbov Ağdam və Fizuli rayonlarında gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü 1993-cü ildə Fizulu rayonunun Bəhmənli kəndində olub. Ölümündən sonra o, şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Fərhad Yusibov ölümündən sonra “Azərbaycan Bayrağı “ ordeni ilə təltif edilib.


Açar sözlər: ,  ,  ,