25.06.2018

“Həmkardan həmkara dəstək” layihəsi çərçivəsində seminar tipli təlimlər həyata keçirilir

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib gələn - Sabirabad  şəhər 4 nömrəli tam orta məktəbin “Həmkardan həmkara dəstək” layihəsinin davamı olaraq layihənin keçirildiyi rayonlarda seminar tipli təlimlər həyata keçirilir. İbtidai sinif, Ana dili və Riyaziyyat fənlərinin tədrisi metodikası müzakirəyə çıxarılıb.

Qeyd edək ki, layihə respublikanın rayonları üzrə DQ-dən zəif nəticə göstərmiş 11 rayonunu əhatə edir. Layihə çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunuun (TİPİİ) əməkdaşları və diaqnostik qiymətləndirmədən yüksək bal yığan müəllimlər tərəfindən DQ-dən zəif nəticə göstərmiş müəllimlərin peşəkarlığının artırılması üçün təlimlər həyata keçirilib.