13.06.2018

Bu il XI sinifləri 759 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IX siniflərini 896 nəfər, XI siniflərini 759 nəfər şagird bitirəcək.

2018-2019-cu tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 1183 nəfərdir.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,