17.05.2018

“Müasir gənclik və milli-mənəvi dəyərlər”

Balakən Rayon Təhsil Şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qullar kənd 1 nömrəli tam orta məktəbdə “Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı, Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəb direktoru Elçin Musayev milli-mənəvi dəyərlərimiz haqqında geniş söhbət açaraq bu dəyərləri qorumağın vacibliyini diqqətə çatdırıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə çıxışında müasir gənclərin milli-mənəvi dəyərləri daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulayıb, bu dəyərlər sistemində özünəməxsus yeri olan vətənpərvərlik hissinin mahiyyətindən danışıb. Cəmiyyəti parçalamağa çalışan qeyri-ənənəvi, radikal dini cərəyanların pozucu fəaliyyətlərindən bəhs edən S. Tahirzadə onlara qarşı mübarizədə təhsilin rolunun yüksək olduğunu deyib.

Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.


Açar sözlər: ,  ,