10.05.2018

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, konfranslar, şahmat və idman yarışları keçirilib.

Tədbirlərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

Təbdirlərdə təhsil şöbəsini əməkdaşları, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin  pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Anım tədbirlərində ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ümummilli liderin həyat və fəaliyyəti haqqında ətraflı  məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycana Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.

Tədbirlərdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin təhsil müəssisələrində fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.