13.03.2018

Qullar kənd 1 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

 Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində informatika müəllimi Sevinc Abdullayeva tərəfindən açıq dərs keçirilib.

“Alqoritm” mövzusunda keçirilən dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi  proektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.

Şagirdlər qrupa bölünərək  təqdim olunan tədqiqat sualını cavablandırıblar.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək müəllimə məsləhət və tövsiyələrini bildiriblər. 


Açar sözlər: ,  ,  ,