07.03.2018

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib. Keçirilən tədbirdə təhsil şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər qadınları bayram münasibəti ilə təbrik edərək bildiriblər ki, tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Həmçinin qeyd edilib ki, seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Daha sonra şagirdlər şeir, səhnəcik və başqa kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,