06.03.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Balakən Rayon Təhsil Şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. İclasda təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəbinin direktor müavinləri və təşkilatçı müavinlər iştirak ediblər.

Çıxış edənlər 100 il əvvəl Azərbaycanda müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Daha sonra təşkilatçı müavinlər məktəblərin tədbirlər planına əsasən görülən işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıblar.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi barədə təhsil şöbəsinin əməkdaşları tərəfindən müvafiq tövsiyələr və göstərişlər verilib.


Açar sözlər: ,  ,