02.03.2018

İdmançımız Belarusiyada keçirilən boks turnirində qızıl medal qazanıb

Qazbinə kənd tam orta məktəbin XI sinif şagirdi Məhəmməd Yusifov boks üzrə SSRİ-nin mütləq çempionu, beynəlxalq dərəcəli idman ustası Aleksey Yukovun şərəfinə Belarusiyada keçirilən 22-ci açıq vilayət turnirində qızıl medal qazanıb.

Qalibiyyətlə qayıdan idmançı şagird üçün məktəbdə mükafatlandırma mərasimi keçirilib. Məhəmməd Yusifov Balakən Rayon Gənclər və İdman İdarəsi və məktəb rəhbərliyi tərəfindən hədiyyə və diploma layiq görülüb.


Açar sözlər: ,