01.03.2018

"Ümumdünya Mülki Müdafiə Günü" 

Hər il olduğu kimi bu il də mart ayının biri rayonun bütün ümumtəhsil məktəblərində "Ümumdünya Mülki Müdafiə Günü"  kimi qeyd olunub. Keçirilən tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirlər zamanı mülki müdafiəyə məsul şəxslərin çıxışlarından sonra məktəblərdə süni partlayış və ya yanğın hadisələri təşkil olunur və həyəcan siqnalı verilir. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəb binasından təxliyyə olunur və şərti xilasetmə əməliyyatları başlanılır.

Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə tədbirlərin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır.


Açar sözlər: ,  ,  ,  ,