08.02.2018

Katex kənd 2 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

Fevralın 8-də Katex kənd 2 nömrəli tam orta məktəbin V sinfində informatika müəllimi Ayşə Osmanova tərəfindən “Kompüter” mövzusunda açıq dərs keçirilib. Dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.

Şagirdlər “İnternet” və “Proyektor” olmaqla 2 qrupa bölünüblər, qruplara təqdim olunan tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək gənc müəllimə məsləhət və tövsiyələrini bildiriblər.