06.02.2018

Yeni məktəbin tikintisi başa çatıb

Balakənin ucqar kəndi olan Şərif kəndində yeni məktəb binasının tikintisi başa çatıb.

Qeyd edək ki, Şərif kənd tam orta məktəbin istifadəyə yararsız köhnə binasında 359 nəfər şagird ikinövbəli olaraq təhsil alırdı.

Yeni məktəbin tikintisi 2016-cı ilin oktyabr ayında başlayıb, 2018-ci ilin yanvar ayında başa çatdırılıb. Məktəbin yeni ən müasir avadanlıqlarla təchiz olunmuş 360 nəfər şagird yerlik funksional binasının ümumi sahəsi 3065 kvadrat metrdir. Müasir binada 22 sinif otağı, fizika-kimya laboratoriyası, kompüter otağı, idman və akt zalları, kitabxana, yeməkxana, tibb məntəqəsi var. Məktəb texniki avadanlıq və əyani vəsaitlərlə təchiz olunub. Yeni təhsil müəssisəsinin ərazisində transformator quraşdırılıb, qazanxana və su artezian quyusu qazılıb. Bu, binanın fasiləsiz elektrik enerjisi, istilik və içməli su ilə təmin edilməsinə imkan verəcək.

Məlumat üçün bildirək ki, fevral ayının 5-dən etibarən şagirdlər təhsillərini yeni məktəbdə davam etdirirlər.


Açar sözlər: ,  ,  ,