02.02.2018

“Kitabxana Günü”

Hənifə kənd tam orta məktəbdə “Kitabxana Günü” adlı tədbir keçirilib. Məktəb kitabxanasının oxu  zalında keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında mütaliəyə marağın artırılması və oxu vərdişlərinin inkişaf etdirilməsi olub.

Çıxış edənlər tədbirin əhəmiyyətindən söz açıb, kitabın xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitə olduğunu vurğulayıblar.

Daha sonra şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər.


Açar sözlər: ,  ,