15.01.2018

Bilik yarışlarına start verilib

Yanvarın 13-də Balakən rayon ümumi təhsil məktəbləri üzrə bilik yarışlarına start verilib. Yarışların keçirilməsində məqsəd məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə kömək göstərməkdir.

Bilik yarışlarının rayon üzrə 5 mərkəzdə olmaqla 3 mərhələli keçirilməsi nəzərdə tutulub.

I mərkəz olaraq Katex zonası üzrə keçirilən yarışda Katex kənd  1 nömrəli tam orta məktəbin komandası I yerə, Qaravəli kənd tam orta məktəbin komandası II yerə, Qarahacılı kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.

Qalib komanda II – yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,  ,