15.01.2018

Yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq turnir keçirilib

Balakən Rayon Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq turnir keçirilib.

Turnirdə Balakən, Zaqatala, Qax, Mİngəçevir və Şamaxı rayonlarından olan 172 idmançı mübarizə aparıb. İki gün davam edən turnir çərçivəsində 14-16 yaşlı idmançılar 10, 10-12 yaşlı idmançılar isə 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıblar. Turnirdə ümumi xal hesabına görə I yerə Balakən rayon, II yerə Qax rayon, III yerə isə Mingəçevir şəhərinin komandası layiq görülüb.

Qalib idmançılar diplom və medallarla mükafatlandırılıblar.