09.01.2018

İclas keçirilib

Yanvarın 9-da Balakən Rayon Təhsil Şöbəsində 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə iclas keçirilib.

İclasda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqlarının artırılması məsələsi müzakirə olunub.

ƏMHM-in müdiri Şahruddin Qallacov müəllimlərin əmək haqlarının artırılması ilə bağlı geniş çıxış edərək direktorları məlumatlandırıb. Ş. Qallacov bildirib ki, Balakəndə yerləşən ümumtəhsil məktəblərində çalışan və 2017-ci ildə diaqnostik qiymətləndirilmədən keçən 1578 nəfər müəllimin əməkhaqqı bu il yanvarın 1-dən artırılıb.

İclasın sonunda direktorları maraqlandıran suallar cavablandırılıb.