27.12.2017

Musiqi gecəsi keçirilib

Qazbinə kənd tam orta məktəbdə Musiqi gecəsi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə musiqi fənninə həvəs yaratmaq, asudə vaxtlarının səmərəli təşkilinə kömək göstərmək olub.

Məktəbin musiqi müəllimi Ayişə Zənbiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər hazırladıqları mahnıları oxuyub, rəqsləri nümayiş etdiriblər. Musiqi gecəsində, həmçinin viktorina da keçirilib, şagirdlər musiqi fənninə aid sualları cavablandırıblar.

Sonda yarışın qalibləri mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,