28.11.2017

“Qeyri-infeksion xəstəliklərlə mübarizə"

Balakən Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Qeyri-infeksion xəstəliklərlə mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirlərdə qeyri-infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, tütündən istifadə, spirtli içkilərdən suiistifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan amillərdir.

Tədbirlərdə, həmçinin bu xəstəliklərlə necə mübarizə aparmaq lazım olduğu barədə də məlumatlar verilib və müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,