22.11.2017

Tülü kənd 1 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

Tülü kənd 1 nömrəli tam orta məktəbin IV sinfində Rəisət Şıxməmmədova tərəfindən Azərbaycan dili fənnindən açıq dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər dinləyici qismində iştirak ediblər.

“Halal pul” mövzusunda keçirilən dərsdə şagirdlər “Azərbaycan”, “Zirvə”, “Qarabağ” və “Vətənpərvərlər” olmaqla 4 qrupa bölünüblər, qruplara təqdim olunan “Halal pul qazanmaq üçün vacib olan nədir?”  tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək, məsləhət və tövsiyələrini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,