16.11.2017

Humanitar və texniki fənlər təmayüllü liseydə andiçmə mərasimi keçirilib

Balakən şəhər Humanitar və texniki fənlər təmayüllü liseydə yeni qəbul olan şagirdlərin andiçmə mərasimi keçirilib. Tədbirdə Balakən Rayon Təhsil Şöbəsinin əməkdaşları, liseyin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə qəbul olduqları müəssisəyə qarşı məsuliyyət hissi aşılamaq, burada təhsil almağa həvəs yaratmaq və kollektivlə ünsiyyət qurmalarına kömək göstərməkdir.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan liseyin direktoru iştirakçıları salamlayıb və tədbir barədə məlumat verib.

Daha sonra şagirdlərin andiçmə mərasimi olub və onlara hədiyyələr təqdim olunub.

Sonda isə şagirdlərin hazırladıqları kompozisiyalar nümayiş olunub.

Məlumat üçün bildirək ki, mərasim ənənəvi olaraq hər il keçirilir.


Açar sözlər: ,  ,  ,  ,