15.11.2017

“Azərbaycanın kimyaçı alimləri və istehsal olunan kimyəvi maddələr”

Qaravəli kənd tam orta məktəbdə “Azərbaycanın kimyaçı alimləri və istehsal olunan kimyəvi maddələr” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və VII-XI sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kimya müəllimi Günay Sofiyeva müasir dövrdə elmin, o cümlədən kimya eliminin önəmli rolundan, azərbaycanlı kimyaçıların mühüm xidmətlərindən danışıb.

Tədbirdə, həmçinin Azərbaycanda kimya elminin inkişafında mühüm nailiyyətlər qazanmış kimyaçı alimlərimizin həyat və yaradıcılığından, bu sahədə aparılan uğurlu tədqiqat işlərindən, ölkədə istehsal olunan kimyəvi maddələrdən, kimya zavodlarının rolundan danışılıb.

Sonda kimyəvi maddələr istehsal edən zavodlar barədə videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,