10.11.2017

Açıq dərs keçirilib

İtitala kənd tam orta məktəbin IX sinfində ingilis dili müəllimi Mirvari Muradova tərəfindən açıq dərs keçirilib. Məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə keçirilmiş dərsdə müasir təlim üsullarından, iş vərəqlərindən və digər resurslardan səmərəli istifadə olunub, mövzuya uyğun hazırlanmış slaydlar nümayiş etdirilib.

Şagirdlər qruplara bölünərək onlara verilən tədqiqat sualını cavablandırıblar. Dərsin sonunda aparılan qiymətləndirmə şagirdlərin qrup şəklində əməkdaşlığa can atdığını və yüksək fəallığını göstərib. Bu da mövzunun şagirdlər tərəfindən tam şəkildə qavranıldığını göstərib.

Açıq dərsin müzakirəsi zamanı müəllimin sinifdəki bütün şagirdləri tədris prosesinə cəlbetmə, onları yaşa uyğun olaraq bilgilərə yiyələndirmək bacarığı, işə yaradıcı yanaşdığı qeyd edilib.


Açar sözlər: ,  ,