19.10.2017

“Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib

“Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsidir.

Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə”  mövzusunda uşaq yaradıcılıq müsabiqəsi artıq 7-ci ildir ki keçirilir.

Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin rayon mərhələsində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hazırladıqları əl işləri nümayiş edilib. Müsabiqə hər il rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilir.


Açar sözlər: ,  ,