18.10.2017

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd olunub

Balakən rayonunda yerləşən ümumtəhsil müəssisələrində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd olunub. Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda müstəqillik illərinə qədər xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyimiz nailiyyətlərdən geniş bəhs edilib. Çıxış edən tarix müəllimləri dövlətimizin müstəqillik tarixinə nəzər salıblar. Bildiriblər ki, 21  il öncə, yəni 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bununla da dövlətimiz öz inkişaf yoluna qədəm qoyub,
Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğuna diqqət çəkiblər. Qeyd edilib ki, Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra xalqımız öz istiqlaliyyətinə yenidən qovuşub.

Daha sonra şagirdlər hazırladıqları şeir, mahnı və rəqsləri nümayiş etdiriblər.

Sonda tədbir iştirakçılarına Müstəqillik Gününə həsr edilmiş videoçarxlar, qısametrajlı sənədli filmlər göstərilib.