16.10.2017

Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Oktyabrın 16-da Meşəşambul kənd tam orta məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.

Həmçinin şagirdlər M. P. Vaqifin şeirlərini səhnələşdirib, onun yaradıcılığından qəzəl, təcnis, müxəmməs və qoşmalar söyləyiblər. Məktəblilər Səməd Vurğunun "Vaqif" pyesindən səhnələri canlandırıblar.

Qeyd edək ki, tədbir “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən keçirilib.


Açar sözlər: ,  ,