05.10.2017

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbirlər keçirilib

Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbirlər keçirilib.

Təhsil şöbəsinin nümayəndələrinin, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışılıb. Çıxış edən müəllimlər hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

Şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onlar da müəllimlərini təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıblar.


Açar sözlər: ,