04.10.2017

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Tülü kənd 1 nömrəli tam orta məktəbdə Balakən Rayon Təhsil Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə , Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və təhsil şöbəsinin  nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə iştirakçılara “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları“ və “112” qaynar xətti” haqqında geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,