03.10.2017

Məktəblilərimiz “Əlaçı” intellektual oyunun televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıblar

Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri Təhsil Nazirliyi və GameTV.az prodüser mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanıblar.

Sentyabrın 25-i Şəkidə keçirilən seçim turunda qalib olan şagirdlər Balakən şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Şölə Tanrıverdiyeva, Nurlan Hüseynov və Katex kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xalid Orucovdur.

Qeyd edək ki,  “Əlaçı” verilişinin televiziya çəkilişləri oktyabrın 5-də Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Kristal Sarayında baş tutacaq.


Açar sözlər: ,  ,