25.09.2017

“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Balakən Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri Şəkidə keçirilən “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.

Seçim turunda 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

Qeyd edək ki,  Bakı və Şəki ilə yanaşı Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt, Qubada da bölgələr üzrə seçim turu keçirilib.

Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.


Açar sözlər: ,