22.09.2017

İbtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə Zaqatala, Balakən Qax rayonları üzrə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib.

İmtahanda müəllimlər 40 dəqiqə ərzində 25 test sualı cavablandırıblar. Müəllimlərin göstərdiyi nəticələr sertifikatlarında qeyd ediləcək.

Ümumilikdə 129 müəllimin iştirak etdiyi imtahanda Balakən rayon ümumtəhsil məktəblərindən 52 ibtidai sinif müəllimi imtahan verib.

2017-2018-ci tədris ilində Balakən rayonu üzrə 53 məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Qruplarda dərsləri əvvəlki və bu ilki ildə yalnız sertifikat almış ibtidai sinif müəllimləri aparacaqlar.


Açar sözlər: ,