21.09.2017

“Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilib

Balakən rayonunda yerləşən ümumtəhsil müəssisələrində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilib.

Məktəb rəhbərliyi, təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji kollektivi, şagirdlər və valideynlərin iştirak etdiyi tədbirlərdə “Sülh aylığı”nın mahiyyəti, 21 sentyabr  - Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə danışılıb, şagirdlər sülh, vətən və azadlıq mövzularında hazırladıqları kompozisiyaları nümayiş etdiriblər. Həmçinin keçirilən rəsm, şeir müsabiqələri və idman yarışlarında qalib olan şagirdlər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar.


Açar sözlər: ,  ,