19.09.2017

Modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib

Balakən rayonunun Sarıbulaq və Salban kəndlərində 40 və 20 şagird yerlik modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Son illər Balakən rayonunda 32 yeni məktəb binası inşa edilib, 2 məktəb əsaslı təmir olunub. Yeni dərs ilində rayonun məktəblərində 11 min 800 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 1620 nəfər müəllim məşğul olacaq.