18.09.2017

18 sentyabr – Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib

Qazma kənd 1 nömrəli tam orta məktəbdə 18 sentyabr – Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib.

Məktəbin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdiyi tədbirdə şagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər. IX sinif şagirdləri “O olmasın, bu olsun” filmindən bir hissə nümayiş etdiriblər. V-VII sinif şagirdləri isə mahnılar səsləndirib, müxtəlif rəqslər nümayiş etdiriblər.

Çıxış edənlər Üzeyir Hacıbəyovun doğum günü şərəfinə qeyd olunan bu gündə onun həyat və yaradıcılığından danışaraq əsərlərinin Azərbaycan musiqisinin ən gözəl nümunələri olduğunu vurğulayıblar.

 


Açar sözlər: ,