15.09.2017

“Bilik günü” qeyd olunub

Balakəndə yerləşən ümumi təhsil müəssisələrində də “Bilik günü” qeyd olunub. Məktəblərdə keçirilən tədbirlərdə məktəb rəhbərliyi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlərə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra birinci sinif şagirdləri şeirlər söyləyiblər.

Sonda ötən tədris ilində fərqlənən şagirdlərinin təqdimat mərasimi keçirilib.

“Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”nə müvafiq olaraq 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.


Açar sözlər: ,  ,