28.08.2017

Modul tipli yeni məktəb binaları quraşdırılır

Balakən rayonunun ucqar yaşayış məntəqələrindən olan Sarıbulaq və Salban kəndlərində ibtidai məktəblər üçün 40 və 20 şagird yerlik modul tipli yeni məktəb binaları quraşdırılır.

Məlumat üçün bildirək ki, hər iki məktəb indiyədək qəzalı vəziyyətdə olan köhnə binalarda fəaliyyət göstərib.

Bu il 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi planlaşdırılıb.

Modul tipli məktəblər azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.

Hər iki məktəb binasının 15 sentyabr – Bilik Günündə şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.


Açar sözlər: